IQNA

Malayziya müsəlmanları Quranın tərcüməsini İsveç səfirinə təqdim ediblər

9:41 - January 28, 2023
Xəbər sayı: 3493621
Yüzlərlə malayziyalı və bu ölkənin qeyri-hökumət təşkilatlarının bir qrup nümayəndəsi İsveçin Kuala-Lumpurdakı səfirliyi qarşısına toplaşaraq Qurani-Kərimin tərcüməsinin nüsxəsini bu ölkənin səfirinə təqdim ediblər.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Malayziyanın 30-dan çox qeyri-hökumət təşkilatı (QHT) etiraz yazısı vermək üçün bu gün İsveçin Kuala-Lumpurdakı səfirliyi qarşısında toplaşıb.

Bu yaxınlarda İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin nüsxəsini açıq şəkildə yandıran danimarkalı sağçı siyasətçi Rasmus Paludanın nifrət dolu hərəkətlərinə cavab olaraq yüzlərlə etirazçı da İsveç səfirliyinin önünə toplaşıb.

Malayziya İslam Təşkilatları Məşvərət Şurasının (MAPİM) rəhbəri Məhəmməd Əzmi Əbdül-Həmid ifadə azadlığı hüququ əsasında Paludana qarşı hərəkət etmədiyini iddia etdiyi İsveç hökumətinin hərəkətlərini pisləyib.

O dedi: "Bu fikir azadlığı adı altında təhlükəli bir hərəkətdir. Sual verilməlidir ki, İsveçdə xristian dininə hücum edən və təhqir edən bir qrup olarsa, İsveç hökuməti susacaqmı? Əlbəttə yox".

Həmçinin, bu ölkənin bəzi siyasətçiləri ilə birlikdə Məhəmməd Əzmi Əbdül-Həmid tərəfindən İsveç səfirliyinə etiraz yazısı çatdırılıb.

Bu arada Məhəmməd Əzmi Əbdül-Həkim İsveçin Malayziyadakı səfiri Yoahim Berqstroma veriləcək Quranın ingiliscə tərcüməsi olan bir nüsxəsini səfirliyin nümayəndəsinə təqdim etdiyini bildirib.

Əbdül Həmid dedi: "Mən səfirin nümayəndəsinə dedim ki, İslam sülh dinidir. Dinlərə hörmətsizlik İslamda haramdır və biz zorakı reaksiyanın tərəfdarı deyilik".

Əbdül-Həmid, açıqlayıb: "Mən bir görüşdə səfirin nümayəndəsinə bildirdim ki, Quranın yandırılması tamamilə qəbuledilməz bir davranışdır və onun nəticələri bütün dünyanı əhatə edir".

O, deyib: "Ən azı üç gün vaxt verilib və əgər onlar bütün İsveç xalqı adından açıq şəkildə üzr istəməsələr, biz bu ölkənin məhsullarını boykot edəcəyik".

4117545

captcha