Siyasi qrup: İslam İnqilabının Böyük Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei ötən gün günortadan sonra bir müraciətdə İslam İnqilabının fədailərindən və İmam Xomeyninin (r.ə) səmimi silahdaşlarından biri olan Mahmud Murtəzayifərin vəfatı ilə bağlı başsağlığı veriblər.
2013 May 14 , 06:34
Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah Xamenei İslam İnqilabı Cəbhəsinin aktiv qadınları ilə görüşündə İslamın qadın haqqında nəzərlərini beynəlxalq səviyyədə bildirmək üçün aktiv qadınların İnqilabın Müdafiə meydanında iştirakının daha da fəal olmasını vurğuladı.
2013 May 12 , 16:22
Quran üzrə fəaliyyətlər qrupu: Mübarək Rəcəb ayının gəlişi münasibəti ilə İsveç respublikasında müsəlmanlar tərəfindən mənəvi "etikaf" mərasimi keçiriləcəkdir. Nurlu və mənəvi "etikaf" mərasimi Rəcəb ayının 13-də (24 may) Cümə günündən etibarən başlayacaqdır. İsveçin "etikaf" mərasimi Stockholmun İmam Əli (ə) adına İslam Mərkəzi tərəfindən keçiriləcəkdir.
2013 May 11 , 21:56
Siyasi qrup: "Oloyede" - Nigeriyanin "Müsəlmanların İşi Üzrə Rəhbərlik İdarəsi"nin yeni rəisi bu gün (11 may həftənin şənbə günü) keçirilən seçkilərdə müsəlmanlar tərəfindən idarənin rəisliyinə seçildi.
2013 May 11 , 21:43
Siyasi qrup: Tehranın Cümə Namazının müvəqqəti İmamı Ayətullah Xatəmi İran İslam Respublikasının qarşıdan gələn prezident seçkiləri ilə bağlı vurğuladı: "Namizədliyiə səlahiyyəti olanları təyin eetdikdən sonra ikinci məsələ namizədlərin təbliğat kampaniyasıdır. Namizədlər İslam Cümhuriyyətinə uyğun təbliğat aparmalıdırlar.
2013 May 10 , 18:33
Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə bu gün (çərşənbə günü, 8 may) səhər baş tutan görüşündə Təhsil və Tərbiyə Nazirliyinin mühüm və əsas dövlət strukturlarından biri olduğunu qeyd edərək bildirdi ki, bu qurum yüksək insani keyfiyyətləri və islami həyat tərzini özündə əks etdirən mütərəqqi bir cəmiyyətin formalaşmasında başlıca infrastrukturdur.
2013 May 10 , 18:14
Siyasi qrup: İran xalqı bu həftənin Cümə günü may ayının 10-da bütün rayon və şəhərlərdə Cümə namazlarından sonra İslam Təbliğatı Təşkilatının Koordinasiya Şurasının dəvəti ilə küçələrə çıxacaq və İslami Müqəddəsləri təhqir edənlərə qarşı milli və global etiraz yürüşü keçirəcək.
2013 May 08 , 00:04
İctimai qrup: Valeri Kravets - Krım Muxtar Respublikasının Kənd Təsərrüfatı və Sənaye Naziri, həftənin ikinci günü may ayının 6-da Şəhadəteyni deyərək müqəddəs İslam dinini qəbul etdi.
2013 May 07 , 23:44
Beynəlxalq qrup: Əl-Əqsa İrs və Vəfq təşkilatı dünən həftənin bazar günü (5 may) elan etdi ki, " Likud Beiteinu" partiyasının tərəfdarları elan ediblər ki, may ayının 7-də Əl-Əqsa məscidinə hücum edəcəklər.
2013 May 06 , 15:46
Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah İmam Xamənei "Prezident seçkiləri komitəsi və şəhər-kənd şuraları" işçiləri ilə görüşəndə buyurdu: Seçkilərdə ölkənin icra sturkturunun klidini elə bir şəxsə verməliyik ki, çalışqan, xalqsevər və milli dəyərlərin qədrini bilmək kimi xüsusiyyətləri olsun.
2013 May 06 , 15:27
Beynəlxalq qrup: "Hizbullah" – (Livan İslam Müqaviməti Hərəkatı) bəyaniyyə yayaraq terroristlərin anti-şiə və düşmənçilik mövqeyindən çıxış edərək Peyğəmbərin (s) səhabəsi və İmam Əlinin (ə) vəfadar və şücaətli şiəsi "Hücr bin Ədi"nin qəbrini açmalarını və cənazəyə edilən təhqiri məhkum etdi.
2013 May 04 , 08:18
Siyasi qrup: Ayətullah İmami Kaşani – Tehranın müvəqqəti İmam Cüməsi bu gün may ayının 3-də Tehranın Cümə namazının xütbələrində qarşıdan gələn seçkilərə işarə edərək dedi: Prezident seçkilərində iştirak etmək dünyanın başqa ölkələrində bir fərdin şəxsi və ictimai haqqıdır, amma İran İslam Respublikasının prezident seçkilərində iştirak etmək haqdan daha üstün və hər kəs üçün şəri bir təklif sayılır. Çünki bu gün İslam Respublikası düşmənlərin mühasirəsindədir.
2013 May 04 , 08:15