IQNA

Yaponiyanın qədimi məscidi İslamı tanıtdıracaq

2:04 - March 25, 2015
Xəbər sayı: 3036063
Beynəlxalq qrup: Yaponiyanın qədim və tarixi məscidlərindən biri bu məscidə pulsuz baxış turları təşkil edərək turistlər arasında həqiqi İslam təlimləri haqqında maarifləndirmə aparacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Japan News" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə bu proqram Yaponiyanın ən böyük məscidi sayılan Tokyo şəhər məscidi tərəfindən İŞİD kimi terrorist ünsürlərin vəhşi cinayətlərindən, xüsusilə İŞİD-in də iki yaponlu girovu öldürdükdən sonra İslam və müsəlmanlar haqqında zehnlərdə formalaşmış səhv təsəvvürləri silmək üçün keçiriləcəkdir.
Ən qədim məsciddə keçiriləcək bu səyahət turlarında İslam maarifi, namaz və məscidlərin rolu haqqında insanlara bilgi veriləcəkdir.
Həfətsonu tətillərdə Tokyo məsdicinə çoxsaylı turistlər gəlir və müsəlmanların dini və dini ayinləri ilə yaxından tanış olurlar.
Yaponiyanın Tokyodakı Müsəlman Birliyinin verdiyi informasiyaya görə bütün Yaponiyada 70-dən çox məscid vardır.
Tokyoda "Yapon Müsəlmanlar Birliyi"nin dediyinə görə İŞİD kimi terrorist ünsürlərin vəhşi cinayətləri, xüsusilə də iki yaponiyalı girovu öldürmələri bais olub ki, ölkədə cavanlar müsəlmanlara qarşı bədbinləşsinlər, buna görə də bu cür proqramların keçirilməsi zəruridir ki, insanlar həqiqi İslamı tanısınlar.
3033000

Teqlər: tokyo ، yapon ، məscid ، turist ، İslam
captcha