IQNA

Qətifdə Nimrlə həmrəylik cüməsi keçiriləcək

Ayətullah Nimrin qardaşı: Şeyx Nimrin psixoloji vəziyyəti qənaətbəxşdir

22:50 - December 02, 2015
Xəbər sayı: 3459447
Beynəlxalq şöbə: Ərəbistanlı şiələrin dini lideri Ayətullah Şeyx Nimr Baqer ən-Nimrin qardaşı Şeyx Cəfər ən-Nimr deyib: Ərəbistan şiələrinin görkəmli lideri və aktiv ruhaninin edam hökmünün yaxında icra ediləcəyinə dair xəbərlərin yayılmasına rəğmən, o yaxşı psixoloji vəziyyətdədir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Press TV peyk kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, ərəbistanlı görkəmli və fəal ruhani Ayətullah Şeyx Nimrin ailəsi dünən (1 dekabr 2015-ci il) Ərəbistanın paytaxtı ər-Riyadın əl-Haer həbsxanasında bir saatlıq onunla görüşüb.



Şeyx Nimrin qardaşı "France Press" xəbər agentliyinə müsahibəsində bildirib: Ayətullah ən-Nimrin ölüm hökmünün yaxınlaşması ilə bağlı hər gün məlumatlar eşidilməsinə baxmayaraq, çox yüksək əhval ruhiyyədədir və özünü istənilən hadisəyə, hətta ölümə belə hazırlayıb.



O, bu sözləri qardaşı ilə həbsxanada görüşdükdən sonra deyib.



Şeyx Nimrin digər ailə üzvləri, o cümlədən anası da bu görüşdə iştirak edirdilər.



“Beynəlxalq Amnistiya Təşkilatı” Ərəbistan dövlətinə yaxın mətbuat mənbələrinə istinadən bildirib: Şeyx Nimr ölüm hökmü gözləyən 6 fəaldan biridir.



Təşkilat həmçinin əlavə edib: Şübhəsiz, bu şəxslər ədalətsiz mühakimə nəticəsində məhkum ediliblər.



Şeyx Nimrin qardaşı bu edam məsələsinin Şeyx Nimrin ürəyində qorxu yaratmadığını qeyd edərək, Ərəbistan Daxili İşlər Nazirliyini bəzən ictimai reaksiyanı ölçmək üçün bu tip xəbərləri yaymasında ittiham edib.



Ayətullah Şeyx Baqir Nimr ərəbistanlı mübariz ruhanidir ki, 2012-ci il həbs edilib və 2014-cü ilin Oktyabr ayında barəsində qılıncla edam hökmü çıxarılıb.



Ərəbistanlı siyasi fəallar bu həftənin Cümə günü Şeyx Nimrlə həmrəylik aksiyası keçirəcəklər.





3459351

Teqlər: nimr ، baqir ، edam ، qılınc
captcha