IQNA

Şeyx Zəkzaki ilə indiyədək yayılmamış müsahibə;

İmam Xomeyni (r.ə) ilə görüşündən sonra şiə olmuşdu

1:23 - December 16, 2015
Xəbər sayı: 3463648
Beynəlxalq şöbə: Nigeriya şiələrinin rəhbəri Ayətullah Zəkzaki öncə əhl-sünnə məzhəbinin Maliki firqəsindən olub. Sonralar İmam Xomeyni (r.ə) ilə görüşündən sonra şiə və Əhl-Beyt (ə) məktəninin aşiqi oldu.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ayətullah Şeyx İbrahim Yəqib Zəkzaki (Nigeriya şiələrinin rəhbəri) cari ilin sentyabr ayında İmam Rza (ə) adına beynəlxalq festivalda iştirak etmək üçün İranın Məşhəd şəhərindən səfərdə olub. Festivalın yekun mərasimin o, İranın İslami İrşad və Mədəniyyət naziri Əli Cənnəti tərəfindən "İmam Rza (ə) mədəniyyətinin nümunəvi xidmətçisi" adı ilə təltif lolunub.



Ona görə milyonlarla afrikalı şiə oldu



Ayətullah Şeyx İbrahim Yəqib Zəkzaki (Nigeriya şiələrinin rəhbəri) 1953-cü ildə Nigeriyanın Zarya şəhərində anadan oldu. Əhl-Sünnə məzhəbində və Maliki fiqhi təriqətində idi. İlk dəfə İmam Xomeynini (r.ə) Parisdə ziyarət etdi.



O, Zarya universitetində iqtisadiyyat üzrə tələbə idi. İslam İnqilabından bir il sonra 1980-cı ildə Afrika Müsəlman Tələbələr təşkilatının baş katibi ünvanı ilə İranda gəldi. Bu səfər İmam Xomeyni ilə görüşdü. İmam ona bir Quran hədiyyə edərək dedi: Get və Quran ilə öz xalqını hidayət elə!



O, bu görüşdən sonra şiə məktəbinə bağlandı. Şiəliyi və İslam İnqilabını ölkəsinə intiqal etdi. Milyonlarla insan ona baxıb şiə oldular.



Ayətullah Şeyx İbrahim Yəqib Zəkzaki (Nigeriya şiələrinin rəhbəri) siyasi fəaliyyətlərinə görə 9 dəfə həbsə düşdü. Axırıncı dəfə 1996-1998-ci illərdə həbsdə olmuşdu. Keçən il Qüds günü yürüşündə oğlanları Seyid Əhməd və Seyid Həmid və Seyid Məhəmməd şəhid edildilər. Bəzi xəbərlərə görə, həftənin bazar günü onlara qarşı həyata keçirilən hücum nəticəsində o, oğlu Seyid Əli və xanımı Zinət İbrahimi də şəhid vermişdir. Son hadisədə nigeriyalı şiələrdən 300 nəfəri qətliam edilmişdir.



 



Şeyx Zəkzaki bu il İran səfərində Məşhəddə olarkən mətbuat ilə müsahibəsində demişdi: İmam Rza (ə) haqqında söhbət etmək indiyədək yazılanlarda, oxunanlarda, kitab və məqalələrdə münhəsir olmur. Biz gərək İmam Rzanın (ə) tövsiyələrini və həyat tərzini vücudumuzda yaradaq. Onun buyurduqları bizim əməllərimizdə zahir olmalıdır. Gərək düşünək, ağıllı olar, çalışaq, cihad edək, səbr edək... Biz ölkələrimizə qayıdanda Əhl-Beytin (ə) maarifini yayaq, hədislərini deyək, necəki imam buyurdu: "Allah bizim işimizi, maarifimizi, sözlərimizi dirildənlərə və yayanlara rəhmət eləsin".





3463343



 



 

Teqlər: imam ، rza ، zəkzəki ، nigeriya
captcha