İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "irəm nyuz" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İŞİD təkfirçi qruplaşması dünən (19 dekabr 2015) günortadan sonra İraqın Səlahuddin əyalətində yerləşən Samerra şəhərində İmam Həsən Əskəri (ə) ziyarətgahının yaxınlığına raket zərbəsi endirsə də, müqəddəs ziyarətgahı hədəfə ala bilməyib.
Məhəmməd Xələf – Samerranın qubernatoru, bu xəbəri elan edərək dedi: İŞİD terroristlərinin bu raket həmləsi ciddi canlı tələfat yaratmayıb.
Bu gün şiələrin 11-ci məsum imamı Həzrət İmam Həsən Əskərinin (ə) şəhadəti günüdür və şiələr bu münasibətlə İraqın hər yerindən müxtəlif karvanlarla bu şəhərə İmamın (ə) ziyarətinə gəliblər. İraqın könüllü qoşunları (əl-həşd əş-şəəbi) və Müqtəda Sədrin komandanlığı nəzdində olan "Sülh batalyonu" bu gün Samerradadırlar və onlar İmamın müqəddəs məzarını qoruyurlar.
Bu raket hücumundan sonra İraq qoşunları qərargahı elan edib ki, bu hücumun amilləri həlak edilib.
İraqın qoşunlarının media dairəsi bildirib ki, qrad raketi ilə həyata keçirilən bu hücum Samerranın "Cəzirə" regionundan ziyarətgaha tərəf edilib ki, xoşbəxtlikdən hədəfə çatmayıb və uzaq bir yerdə bir hotelin yanına düşüb və ciddi tələfat yaratmayıb. Hücum zamanı bir uşaq və bir qadın yaralanıb. Hücumdan dərhal sonra İraq Hava Qüvvələri raketin haradan atıldığını dəqiqləşdirərək oranı atəşə tutmuş və hücum amillərini məhv etmişlər.
3467153