IQNA

Yaponiyanın ilk çap nüsxəsi olan Quran Tatarıstana verildi

1:34 - April 23, 2016
Xəbər sayı: 3480359
Tehran, 23.04.2016 – Yaponiyada ilk dəfə çap edilən Quran nüsxəsi Tatarıstanın paytaxı Kazanın İslami Mədəniyyət Muzeyinə hədiyyə edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Yaponiyada ilk dəfə çap edilən Quran nüsxəsi Tatarıstanın Elmlər Akademiyasının ustadı Murad Gibatinovun səyləri və danışıqları nəticəsində Tatarıstanın paytaxı Kazanın İslami Mədəniyyət Muzeyinə hədiyyə edildi.

Tatarıstanın Elmlər Akademiyasının ustadı Murad Gibatinov deyir: 1934-cü ildə Tokyoda yaşayan tatarlar tərəfindən 500 nüsxə Quran-Kərim çap və nəşr edildi ki, bunun tatarlar üçün çox böyük əhəmiyyəti vardır.

O zaman Yaponiyaya sürgün edilmiş Qurban Quliyev (1892 – 1972) Tokyoda "İslami Kitablar Çapxanası" təsis edir və Yaponiyada ilk dəfə olaraq Quran-Kərimi çap və nəşr edir. Həmin zaman Tokyoda çap olunan Quran nüsxələri Misr, Əfqanıstan və İraqa da göndərilir.

Hazırda Kazana gətirilən ilk çap nüsxəsi isə vaxtilə Yapon imperatoruna İslamın sülh mesajını çatdırmaq üçün hədiyyə edilmişdi.

Bu Quranın cildi dəridəndir, haşiyələri qızıl ilə işlənilmişdir. Təmirdən sonra isə Tatarıstanın paytaxı Kazanın İslami Mədəniyyət Muzeyində sərgiyə qoyulacaqdır.

http://iqna.ir/fa/news/3490422


Teqlər: iqna ، kazan ، tokyo ، ilk quran çapı
captcha