Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, hər il Məhərrəm ayının ilk cüməsində dünyanın beş qitəsində analar və uşaqlar öz ölkələrində bu mərasimi keçirir.
Qeyd edək ki, bu
mərasimdə minlərlə südəmər körpə hüseyniyyələr və məscidlərdə Həzrəti İmam
Hüseynin (ə) südəmər körpəsinin xatirəsinə Kərbəla çölünün 6 aylıq şəhidi ilə
səs-səsə verir və analar öz laylaları ilə Həzrəti Əli Əsğərin (ə) anası Həzrəti
Rübabın kədərinə şərik olurlar.