IQNA

Baş müfti xristianları öldürənlərə səsləndi: Xainsiniz!

10:09 - May 28, 2017
Xəbər sayı: 3481699
Misir müftisi Şəuqi Əllam cümə günü Qipti xristianları daşıyan avtobusa edilmiş hücumu kəskin şəkildə pisləyərək, terrorçuları din satqınları adlandırıb.

Baş müfti xristianları öldürənlərə səsləndi: Xainsiniz!

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Misir müftisi Şəuqi Əllam cümə günü Qipti xristianları daşıyan avtobusa edilmiş hücumu kəskin şəkildə pisləyərək, terrorçuları din satqınları adlandırıb.

Misirin Baş din xadiminin bəyanatına əsasən, törədilmiş terror aktı "iyrənc bir əməldir”.

"Bu xainlər günahsız insanlara qarşı terror törədiblər, bizim xristian həmvətən qardaşlarımıza nisbətdə olan öhdəliklərinə xəyənət ediblər. Terrorçular bununla dinin bütün əsaslarını və insani dəyərləri pozublar.”, -deyə Misir müftisinin bəyanatında deyilir.

Qeyd edək ki, cümə günü səhər saatlarında naməlum silahlı şəxslər yerli Qipti xristianları daşıyan avtobusu avtomatlardan atəşə tutublar. Hücum Müqəddəs Samuil monastırının yerləşdiyi ərazidə baş verib. Əl-Minya əyalətinin qubernatoru bildirib ki, hücum nəticəsində 28 nəfər ölüb. Onların böyük hissəsi uşaqlardır.

Teqlər: quran ، baş müfti ، xristianlar ، İslam ، iqna ، məscid
captcha