IQNA

Ali-Səud rejim qüvvələrinin hücum təhlükəsinə görə cümə namazı ləğv olunub

12:19 - July 17, 2017
Xəbər sayı: 3481878
Qətif əyalətinin bəzi bölgələrində Səudiyyə rejim qüvvələrinin hücum təhlükəsinə görə cümə namazı ləğv olunub.

Ali-Səud rejim qüvvələrinin hücum təhlükəsinə görə cümə namazı ləğv olunub

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, Ali-Səud rejim qüvvələrinin şiələrin məskunlaşdığı bölgələrdə, xüsusi ilə Avamiyyə və əl-Qədih bölgəsində namaz qıldığı məscidlərə hücumlarının artmasının ardınca həmin bölgələrdə cümə namazı ləğv olunub.

Sosial şəbəkələrdə yayımlanmış məlumata görə, Avamiyyə bölgəsində İmam Həsən (ə) adına olan məscid, Qətifin Əl-Qədih qəsəbəsində İmam Əli (ə) adına olan məsciddə cümə namazı ləğv olunub. Səbəb isə Ali-Səud rejim qüvvələrinin məscidi atəşə tutması və namaz qılarkən insanların canına olan təhlükə göstərilib.

Səudiyyə rejim qüvvələri Avamiyyə, Qətif və digər qəsəbə və kəndlərdə insanları heç bir ittiham irəli sürmədənhəbs edir.

Avamiyyə bölgəsində alti ildir ki, Ali-Səud rejiminin şiələrə qarşı represiyaları əleyhinə dinc aksiyalar təşkil olunur. Etirazçılar Ərəbistan rejimindən istəyir ki, siyasi islahatlar etsin və ayrıseçkilikdən əl çəksin. Son günlər Ali-Səud rejim qüvvələri Avamiyyə, Qətif və Əhli-beyt (ə) ardıcıllarının məskunlaşdığı digər bölgələrə hücumları artırıb. Ali-Səud qüvvələri insanların evlərini atəşə tutur və evlərini tərk etməyə məcbur edir.

Teqlər: iqna ، quran ، İslam ، ali-səud ، namaz ، müsəlman
captcha