IQNA

Ali-Səud rejim hərbiçiləri Əvamiyyə bölgəsinə toplarla atəş açıb

11:19 - July 26, 2017
Xəbər sayı: 3481905
Ərəbistan rejimi Əvamiyyə bölgəsində Əhli-beyt (ə) ardıcıllarına qarşı amansız hücumlar və repressiyaları davam etdirir.

Ali-Səud rejim hərbiçiləri Əvamiyyə bölgəsinə toplarla atəş açıb

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, Əhli-beyt (ə) ardıcıllarına qarşı amansız hücumlar və repressiyaları davam etdirir.

Belə ki, bu gün səhər Ali-Səud rejim qüvvələri Əvamiyyə bölgəsinə toplarla atəş açıb və Əvamiyyədəki təhlükəsizlik qüvvələrinin sayını artırıb.

Hələlik hücum nəticəsində ölən və yaralanalar və dəymiş ziyan bərədə məlumat yoxdur.

Qeyd edək ki, Əvamiyyə bölgəsi son iki ayda Ali-Səud rejim hərbiçilərinin mühasirəsi altında saxlanılır. Səudiyyə rejiminin qüvvələrinin Əvamiyyənin müxtəlif məhəllələrinə təşkil etdiyi hücumlarda Əhli-beyt (ə) ardıcıllarından çox sayda insan şəhid olub, bəzi sakinlər yaralanıb, vətəndaşların evləri və əmlakları dağıdılıb. Müxtəlif bəhanələrlə onlarla insan həbs olunb.

Əvamiyyə bölgəsi təqribən 6 ildir ki, rejim əleyhinə dinc aksiyalara şahiddir. Etirazçılar Riyad hökumətinin ölkədə şiələrə qarşı represiya siyasətlərinə etiraz edir. Onlar bu kimi ayrıseçkilik siyasətlərinə son qoyulmasını istəyir. Səudiyyə rejiminin repressiyaları nəticəsində indiyədək bir neçə nəfər öldürülüb və onlarla insan yaralanıb və ya həbs olunub.

Səudiyyə Ərəbistanı əhalisinin 15 faizi şiələr təşkil edir. Şərqiyyə vilayəti əsasən şiələrin məskunlaşdığı bölgədir. Səudiyyə Ərəbistanın ən önəmli neft hasilat etdiyi yer bu vilayətdə yerləşir.

captcha