IQNA

Ruhingiyalı müsəlmanlar üçün 14 min sığınacaq tikiləcək

0:43 - September 17, 2017
Xəbər sayı: 3482170
Banqladeş dövləti yol kənarlarında, əkin sahələrində və yiyəsiz təpəliklərdə məskunlaşan ruhingiyalı müsəlman qaçqınlar üçün 14 min yeni sığınacaq tikəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanmar dövlətinin hərbi qüvvələrinin və radikal buddistlərin müsəlmanlara qarşı həyata keçirdiyi vəhşi cinayətlər və soyqırımı nəticəsində keçən üç həftə ərzində 400 min müsəlman Banqladeşə qaçıb.

Şah Kəmal – Banqladeşin Fövqəladə Hallar Nazirliyinin "böhrana rəhbərlik idarəsi"nin məsulu qaçqınlar üçün yeni sığınacaqların tikilməsi barədə xəbər verərək dedi: Banqladeş dövləti yol kənarlarında, əkin sahələrində və yiyəsiz təpəliklərdə məskunlaşan ruhingiyalı müsəlman qaçqınlar üçün ən tez zamanda bütün imkanlara təchiz edilmiş 14 min yeni sığınacaq tikəcək. Və yeni tikiləcək sığınacaqların hər birində 6 ailə yerləşə biləcəkdir.

O bildirdi ki, Banqladeş bundan öncə də dünya ölkələrindən, xüsusilə də İslami ölkələrdən ruhingiyalı qaçqınlara dəstək olmaq üçün kömək istəmişdi və yeni sığınacaqların da tikilməsində BMT-nin agentliklərindən kömək alacaqdır.

Banqladeşin Fövqəladə Hallar Nazirliyinin "böhrana rəhbərlik idarəsi"nin məsulu vurğuladı: Banqladeşin ictimai rifah təşkilatı valideynini itirmiş ruhingiyalı uşaqları öz himayəsinə götürəcəkdir.

UNİCEF-in son hesabatına görə, 400 min ruhingiyalı qaçqından 240 mini uşaqdır. Onların da 36 min nəfəri bir yaşından və 92 min nəfəri 5 yaşından aşağıdır.

http://www.iqna.ir/fa/news/3642585


Teqlər: iqna ، ruhingiya ، banqladeş
captcha