IQNA

Quranın Alman və Avropa dillərinə tərcüməsi-9

Məşhur şərqşünas Qurani- Kərimi və Hafizin divanını tərcümə etdi

17:35 - February 06, 2018
Xəbər sayı: 3482740
Avstriyanın tanınmış şərqşünas alimi həyatı boyunca şərq ölkələri barədə və şərqin tarix və mədəniyyəti haqqında müxtəlif kitablar qələmə almışdır.

Şərqşünas Qurani- Kərimi və Hafizin divanını tərcümə etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Avropa və Almaniyada İslami Araşdırmalar teleqram kanalına istinadla verdiyi xəbərə görə, Avstriyanın tanınmış şərqşünas alimi Jozef Hamer Purqştal (Joseph von Hammer-Purgstall) həyatı boyunca şərq ölkələri barədə və şərqin tarix və mədəniyyəti haqqında müxtəlif kitablar qələmə almış və bir çox əsərləri Alman dilinə tərcümə etmişdir.

Jozef Hamer Purqştal 1774-cü ildə Avstriyanın Ştiriya əyalətinin “Qrats” (Graz) şəhərində anadan olmuşdur. Onun atası şəhərin vəzifəli adamlarından bir idi. O, təhsil müddətində Osmanlı türkü, ərəb və fars dillərini öyrəndi. Avropanın müxtəlif şərqşünaslıq (Orientalistik) akademiyalarında Osmanlı barədə (Osmanistik) müxtəlif elmi araşdırma və tədqiqatlar həyata keçirdi. Əlbəttə Purqştal təkcə elmi tədqiqatlarını təkcə Osmanlı tarix və mədəniyyəti barədə məhud etmədi və Orta Şərqin bir çox xalqlarının dini və mədəni tarixini araşdırdı.

Jozef təhsilini başa vurduqdan sonra Osmanlı imperatorluğuna mütərcim və diplomat olaraq göndərildi. O, bir müddət Osmanlı şəhərlərində və Misrdə səfərdə oldu.

Avstriyanın “Salzburger Volkskultur” mədəniyyət fondunun nərş etdiyi juranlın verdiyi məlumata görə, Jozef Hamer Purqştal 1812-ci ildə iranlı şair Hafizin şerlərindən seçmələri və 1001 gecə dastanlarından bəzilərini Alman dilinə tərcümə və nəşr etdi. Məşhur Alman ədəbiyyatçısı və yazarı Göte də bu tərcümələri oxuyandan sonra “Şərqi- Qərbi divanı”nı yazdı.

Jozef Hamer Purqştal şərqin təkcə milli ədəbiyyat və mədəniyyəti deyil, həm də müsəlmanların müqəddəs mətni olan Quran barədə də araşdırmalar aparmışdı. Və Qurani- Kərimi birbaşa Ərəbcədən Alman dilinə tərcümə etmişdi. Əlbəttə o, Quranı tam şəkildə deyil, onun ədəbiyyat və incəsənət ruhuna uyğun olan müxtəlif surələri seçərək tərcümə etmiş və müxtəlif vaxtlarda ayrı- ayrılıqda nəşr etmişdi. Onun Quran tərcüməsinin bir hissəsi 1807 və 1809-cu illərdə “Quranın mənzum tərcüməsi” adı ilə Almaniyanın “Neuen Teutschen Merkur” juranlında çap və nəşr edilmişdi.   

http://iqna.ir/fa/news/3688616

شرق‌شناس اتریشی و ترجمه سوره‌هایی از قرآن

شرق‌شناس اتریشی و ترجمه سوره‌هایی از قرآن

شرق‌شناس اتریشی و ترجمه سوره‌هایی از قرآن

 

Məşhur şərqşünas Qurani- Kərimi və Hafizin divanını tərcümə etdi

Məşhur şərqşünas Qurani- Kərimi və Hafizin divanını tərcümə etdi

Teqlər: iqna ، şərqşünas ، almaniya ، quran ، hafiz
captcha