IQNA

Sərhədsiz Reportyorlar Nəbil Rəcəbin azadlığını tələb etdilər

11:14 - August 25, 2018
Xəbər sayı: 3483724
"Reporters Without Borders" (RWB) beynəlxalq media təşkilatı yenə də Bəhreynli hüquq aktivisti Nəbil Rəcəbin və digər on altı qəzet yazarının azad edilməsini tələb edib.

Sərhədsiz Reportyorlar Nəbil Rəcəbin azadlığını tələb etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Reporters Without Borders" (RWB) beynəlxalq media təşkilatı yenə də Bəhreynli hüquq aktivisti Nəbil Rəcəbin və digər on altı qəzet yazarının azad edilməsini tələb edib.

Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders) sosial şəbəkə üzərindən özünün rəsmi "tyuter" səhifəsində bəyaniyyə yayaraq vurğuladı: Bəhreynli hüquq aktivisti Nəbil Rəcəb iki il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. Altı ay öncə təkcə "tyuter"də Ali-Xəlifə rejiminin siyasətlərini tənqid edən sözlər yazdığı üçün yenidən beş il həbsə məhkum edilib.

Bu təşkilat elan edib ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) Nəbil Rəcəbin adını "qanunsuz və özbaşına həbs edilənlər siyahısı"na yazıb, buna görə də Bəhreyn rejimi təcili olaraq onu azad etməlidir.

Qeyd edək ki, Nəbil Rəcəb 2016-cı ildə sosial şəbəkədə Bəhreyn hakimiyyətinin daxili siyasətini pisləyən yazılar yazdığı üçün iki il həbsə məhkum edilmişdi. Keçən ilin sonlarında həbsdən azad edilən Nəbil Rəcəb Bəhreyndəki siyasi məhbusların işgəncəsindən və bu rejimin məmurlarının Yəmən müharibəsi ilə əlaqələrindən yazdığı üçün cari ilin Aprel ayında yenidən beş il müddətində həbsə məhkum edildi.

http://iqna.ir/fa/news/3740951

captcha