İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın paytaxtı Parisdə Kürdüstanın “Komala partiyası”nın terrorist ünsürləri tərəfindən İran İslam Respublikasının səfirliyinə hücum edilib.
Bu gün, həftənin Şənbə günü, 15 Sentyabr 2018-ci il, Kürdüstanın “Komala partiyası”nın terrorist ünsürləri İran İslam Respublikasının Parisdəki səfirliyinin binasına hücum edib.
İran İslam Respublikasının səfirliyininin öncədən Fransa polisinə bu hücum barədə məlumat verməsinə baxmayaraq Paris polisi səfirliyinin önündə heç bir təhlükəsizlik tədbiri həyata keçirməyib və terroristlərin diplomatlara hücumuna mane olmayıb.