İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yeni Zelandiyanın baş naziri Casinda Ardern bu gün (16 Mart 2019) ölkənin cənubunda yerləşən Kraystçörç şəhərinin sığınacaq mərkəzində müsəlmanlar ilə görüşüb.
O, bu görüşdə terror hadisəsində zərərçəkmiş müsəlmanlarla həmdərdlik əlaməti olaraq başını bağlayıb.
Görüş zamanı müsəlmanlarla həmsöhbət olan Casinda Ardern müsəlmanların qəmlərinə şərik olduğunu və müsəlman cəmiyyətini sevdiyini deyib.
Qeyd edək ki, həftənin Cümə günü, 15 Mart 2019-cu il, Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki müsəlman ibadət ocağına vəhşicəsinə terror hücumu edilib. Şəhərin Linvud və Din-avenyu rayonlarındakı məsicdlərə Cümə namazı zamanı edilən terror hücumunda onlarla müsəlman şəhid edilib və yaralanıb.