IQNA

Ayətullah Sistanın seçkilərin tez keçirilməsini tələb edib

20:57 - February 07, 2020
Xəbər sayı: 3486644
Ayətullah Üzma Seyyid Əli Sistani ölkənin təhlükəsizlik qüvvələrindən etiraz aksiyaları keçirənlərin təhlükəsizliyin qorunmasını və dövlətdən ən tez zamanda seçkilərin keçirilməsini tələb edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin İraqda yaşayan təqlid mərcəsi həzrət Ayətullah Üzma Seyyid Əli Sistani ölkənin təhlükəsizlik qüvvələrindən etiraz aksiyaları keçirənlərin təhlükəsizliyin qorunmasını və dövlətdən ən tez zamanda seçkilərin keçirilməsini tələb edib.

Təqlid mərcəsinin bəyanatını Kərbəlanın Cümə namazı xətibi və Ayətullah Sistaninin bu şəhərdə səlahiyyətli nümayəndəsi xalqa çatdırıb.  

Şiələrin İraqda yaşayan təqlid mərcəsi həzrət Ayətullah Üzma Seyyid Əli Sistani son hadisələrlə bağlı bildirib: İslahat tələbi ilə küçələrə çıxan xalqın etiraz aksiyaları sakit və dinc şəkildə davam etsin və zorakılığa və təxribata yol verilməsin. Həmçinin ölkənin təhlükəsizlik qüvvələri etiraz aksiyaları keçirənlərin təhlükəsizliyini təmin etsinlər.

Ayətullah Sistani istənilən bir təşkilat və partiyanın keçirdiyi dinc aksiyaya hücum edilməsini qınayaraq yeni dövlətdən xalqın razılığını qazanmasını və ölkədə sabitlik yaradılmasını tələb edib.

O həmçinin azad bir fəzada seçkilərin tez zamanda və təhlükəsiz şəraitdə keçirilməsini və bu seçkilərə xarici qüvvələrin müdaxiləsinə icazə verilməməsini vurğulayıb.   

https://iqna.ir/fa/news/3877123

 

Teqlər: iqna ، ayətullah sistani ، İraq ، seçki ، aksiya
captcha