IQNA

Koronavirus bir gündə 168 nəfəri öldürdü

9:13 - March 11, 2020
Xəbər sayı: 3486882
Tehran (IQNA) -  İtaliyanın səhiyyə nazirliyinin məsulları təkcə ötən gün ərzində (10 Mart 2020) koronavirusa yoluxmuş 168 nəfərin öldüyünü elan ediblər.

İtaliyanın səhiyyə nazirliyinin məsul işçisi Ancilo Pourili ötən gün mətbuat konfransında təkcə 24 saat ərzində koronavirusdan ölənlərin sayının 463 nəfərdən 631 nəfərə və bu virusa yoluxanların sayının 9172 nəfərdən 10149 nəfər çatdığını deyib.

İtaliya Çindən və Cənubi Koreyadan sonra koronavirusa yoluxanların sayına görə üçüncü yerdədir.

Amerikanın Cənubi Koreya, Avropa və Amerikanın özündə olan hərbi qüvvələrinin 3 hərbiçisi də bu virusa tutulub.   

Fransada korovirusa yoluxanların sayı rəsmi açıqlamaya görə, 1784 nəfər və ölənlərin sayı 33 nəfərdir.

Livanda da koronoya tutulanların sayı 50 nəfərə çatıb. Livanın Şiələrin Ali Məclisi Cümə və camaat namazlarını müvəqqəti olaraq dayandırıb.  

3884504

captcha