Tehran (IQNA) - Qurani-Kərim İslam dünyasında ilk dəfə 1803-cü ildə Tatarıstan cümhuriyyətinin Kazan şəhərində çap və nəşr edilmişdir.
Bu barədə Tatarıstanın baş müftisi Kümeyl Səmiullah Kazan şəhərinin İslam universitetində keçirilən mərasimdə çıxışı zamanı məlumat verib.
O deyib: Biz iftixar edirik ki, Qurani-Kərim İslam ölkələri arasında ilk dəfə Kazan şəhərində çap və nəşr edilmişdir.
Müfti əlavə edib: Qazanın o zaman Rus imperiyasının tərkibində olmasına və Ərəb dilində kitabların çapına məhdudiyyət qoyulmasına rəğmən 1803-cü ildə Qurani-Kərim İslam dünyasının böyük şəhərlərindən biri olan Qazanda çap edildi.
Kümeyl Səmiullah deyib: Araşdırmalara görə Qurani-Kərim ilk dəfə 1537-ci ildə İtaliyanın Veniz şəhərndə çap və nəşr edilib. Daha sonra 1694-cü ildə Almaniyanın Hamburq şəhərində digər bir Quran nüsxəsi çap edildi. 1787-ci ildə isə Rusiyanın Sankt-Peterburq şəhərində Qurani-Kərim Qazanın müftisinin nəzarəti ilə çap və nəşr olundu. Amma bütün bu çap nüsxələrində ciddi iradlar var idi. Həm Osmani rəsmül-xətti ilə yazılmamışdı, həm ayələri arasında fasilələrə riayət edilməmişdi və həm də aşkar çap səhvləri var idi və buna görə də bu nüsxələr müsəlmanlar tərəfindən qəbul edilmədi.
O vurğulayıb: Qazan şəhərində 1803-cü ildə çap edilən Quran nüsxəsi isə bütün bu eyb və iradlardan uzaq idi və Qurani-Kərimin ilk səhih çap nüsxəsi hesab edilir. /3952592