IQNA

BƏƏ-də virtual beynəlxalq Quran hifzi yarışları keçiriləcək

8:01 - April 08, 2021
Xəbər sayı: 3489585
Tehran (IQNA) -  BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) illik beynəlxalq Qurani-Kərimin hifzi yarışları Məktum Quran Hifzi Mərkəzinin təşəbbüsü ilə bu il virtual formatda keçiriləcək.

Tehran (IQNA) -  BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) illik beynəlxalq Qurani-Kərimin hifzi yarışları Məktum Quran Hifzi Mərkəzinin təşəbbüsü ilə bu il virtual formatda keçiriləcək.

Dubayın İslami İşlər və Xeyriyyəçilik Fəatliyyətləri İdarəsinin nəzdində fəaliyyət göstərən Məktum Quran Hifzi Mərkəzi 2021-ci ildə 21-ci beynəlxalq Quran hifzi yarışlarının virtual formatda keçiriləcəyi barədə məlumat verib.

Müxtəlif yaş kateqoriyalarını əhatə edəcək bu virtual müsabiqə Zoom proqramı üzərində keçiriləcək.

Məktum Quran Hifzi Mərkəzinin rəisi Həmd əl-Xəzrəci deyib: "Bu yarışlar tələbə və şagirdlərin Quran hifzi səviyyəsini müxtəlif yaş kateqoriyaları üzrə inkişaf etdirmək hədəfi ilə keçirilir və yarışların baş tutması üçün yeni texnologiyadan istifadə edilir".

Müsabiqə iştirakçıları Qurani-Kərim 30-cu cüzünün yarısı, Quranın son beş cüzi, Quranın 30-cu cüzi, 20 cüz, 10 cüz, 15 cüz, 5 cüz, 3 cüz və bütün Quranın hifzi üzrə rəqabət aparacaqlar.

Quran hifzi yarışları Aprel ayının 10-dək davam edəcək və final mərhələsində qalib yarışçılara müfakat veriləcək. /iqna

captcha