İQNA, "Rural News Group"-a istinadən xəbər verir ki, Yeni Zelandiya Ət Sənayesi Assosiasiyasının (MİA) məlumatına görə, 2020-21 mövsümündə halal sertifikatlı qırmızı ətin ixracı 13% artıb. Bu məhsulların əksəriyyəti qeyri-islam ölkələrinin bazarlarına çıxarılıb.
Yeni Zelandiya mövsüm ərzində (30 sentyabr 2021-ci il tarixində başa çatan 12 ayda) cəmi 471,072,000 ton halal məhsul ixrac edib ki, bunun da 46,5%-ni qırmızı ət və içalat ixracı təşkil edib.
Çin 2020-21 mövsümündə 341.618.000 ton satın alaraq Yeni Zelandiyanın ən böyük halal sertifikatlı ət bazarı olub. Çindən sonra ABŞ 20.043.000 tonla halal ət ixracatında ikinci yerdədir. Onu 7289 tonla Kanada, Səudiyyə Ərəbistanı və Malayziya izləyir.
MİA-nın icraçı direktoru Sirma Karapeevanın sözlərinə görə, halal ixracın artması bu sektorun və Yeni Zelandiyada kiçik, lakin əhəmiyyətli işçi qüvvəsinin həyati önəminin sübutudur.