IQNA

Ramazan ayında Misir məscidlərində dini dərslər yenidən başlayacaq

13:18 - March 17, 2022
Xəbər sayı: 3491935
Misir rəsmiləri çərşənbə axşamı günü ölkənin əsas məscidlərində sağlamlıq protokollarına və sosial məsafəyə riayət etməklə müqəddəs Ramazan ayı ərzində dini və mədəni dərslərin yenidən başlayacağını elan ediblər.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Rəsmi açıqlamada Misir Vəqflər Nazirliyi məscidlərdə dini və mədəni kursların şərti olaraq yenidən açıldığını elan edib. Axşam dini dərslərin keçiriləcəyi və təravih namazlarının qılınacağı məscidlər müəyyənləşdirilib.

Nazirlik axşam dərslərinin vaxtını əsr namazından 10 dəqiqə sonra, təravih namazının vaxtını isə təxminən 5-7 dəqiqə elan edib.

Açıqlamada qeyd olunub ki, bu dərslər Misirin böyük məscidlərində və məscidlərin imamları tərəfindən keçiriləcək.

Həmçinin iki illik qadağadan sonra məscidlərdə qadınların namaz qıldıqları yer də bu ilin Ramazan ayında yenidən açılacaq.

4043464

 

Teqlər: ramazan ، misir ، məscid ، dini dərslər ، namaz
captcha