IQNA

Ramazan ayında Səudiyyə mediası namazların canlı yayımına qadağa qoyub

14:01 - March 24, 2022
Xəbər sayı: 3491965
Səudiyyə rəsmiləri qarşıdan gələn Ramazan ayı ərzində ölkə mediasında namazların canlı yayımının qadağan edildiyini və bu ay uşaqların məscidlərə girməsinə icazə verilmədiyini bildirib.

"İQNA", "Golf News"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi göstəriş verərək, namazın Səudiyyə mediasının heç birində yayımlanmaması ilə bağlı göstəriş verib.

Nazirlik həmçinin məscidlərdə imamları və ibadət edənləri namaz zamanı çəkməyi və namazları müxtəlif media vasitəsi ilə canlı yayımlamaq üçün kameralardan istifadə etməyi də qadağan edib.

Həmçinin bu göstərişə əsasən, məscidlərin imamları vacib namazlardan sonra İslami əqidə və rəftarla bağlı milli yaxınlaşmanı gücləndirən məsələləri izah etməlidirlər.

İbadət edənlər də uşaqları məscidlərə gətirməməlidirlər, çünki rəsmilər deyirlər ki, onların iştirakı namaz qılanları narahat edə bilər.

Ölkənin müxtəlif yerlərində bütün məscid işçiləri oruc tutanlar və ya başqa məqsədlərə görə iftar hazırlamaq üçün vəsait toplamaqdan çəkinməlidirlər.

4044746

 

captcha