IQNA

Quranın italyan dilinə yeni tərcüməsinin xüsusiyyətləri

16:52 - April 25, 2022
Xəbər sayı: 3492130
Quranı italyan dilinə tərcümə edən Əbdül-Vəhhab Çikarlu deyib: "İtaliyadakı tərcümələrin əksəriyyəti akademik və dünyəvidir. Ona görə də islami yanaşma ilə, günün dili və anlayışından istifadə edərək tərcümə etmə zərurəti məni Qurani-Kərimin yeni tərcüməsini etməyə sövq etdi."

"İQNA", xəbər verir ki, "Əbdül-Vəhhab Çikarlunun Quranın Tərcüməsi ilə İtaliyada Quran Tədqiqatları” adlı vebinar İQNA-nın mübarək Ramazan ayı münasibətilə keçirdiyi Quran silsiləsindəndir ki, İranın İtaliyadakı mədəniyyət müşaviri ilə əməkdaşlıq çərçivəsində keçirilib.

İQNA-nın Mubin Studiosunun ev sahibliyi etdiyi vebinarda İranın İtaliyadakı mədəniyyət müşaviri Məhəmməd Tağı Əmini və Qurani-Kərimin müsəlman olmuş və italyan tərcüməçisi Əbdül-Vahhab Senti Çikarlo iştirak edib. Onlar görüşün mövzusu ətrafında çıxış ediblər.

İtalyanca Quran tərcüməçisi və İtaliyada universitet ustadı Əbdül-Vəhhab Çikarlu deyib ki, İQNA-nın verdiyi bu dəyərli fürsətə görə minnətdaram.

O, bildirib ki, İtalyan universitetində italyan ədəbiyyatı oxuyarkən ərəb dilindən dərs deyən ustadların bir neçəsi ilə tanış oldum və onlarla söhbət etdikdən sonra ərəb dili ilə maraqlandım. Mən o zaman xristian idim, lakin ümumilikdə Şərq dinləri, xüsusən də İslam dini haqqında oxuyanda İslamla maraqlandım.

İndi İtaliyada universitet ustadıyam. Mən uzun illərdir ki, tərcümə üzərində işləyirəm və bu işlərdən ən önəmlisi, şübhəsiz ki, Qurani-Kərimin tərcüməsidir.

O, Qurani-Kərimi tərcümə etməkdəki motivasiyası barədə deyib ki, 1980-ci illərdə italyanların İslama inancı artdığından Quranın italyan dilinə tərcüməsinə ehtiyac yaranmışdı. Bazarda başqa tərcümələr də var, lakin onların əksəriyyəti akademik yanaşmaya malikdir və onların tərcüməçilərinin əksəriyyəti qeyri-müsəlmandır. Tərcümələr səhv deyil, həqiqətdə, Qurana dünyəvi, tarixi və maddi yanaşmaya malikdir.

O, tərcüməsi barədə deyib ki, ümumilikdə gündə 4-5 saat vaxtımızı tərcüməyə sərf edirdik. Bəzən biz digər mövcud italyan tərcümələrinə də istinad edirdik. Lakin əksər hallarda biz bu tərcümələrdə Allahın kəlamının dərindən dərk edilmədiyini görürük.

4051109

captcha