IQNA

İtaliyada baş örtülü qadına irqçi hücum olub

8:14 - July 26, 2022
Xəbər sayı: 3492611
İtaliyada yaşayan mərakeşli müsəlman qadın hicablı olduğu üçün onu qatardan çıxararaq təhqir edən kişi tərəfindən irqçi hücuma məruz qalıb.

"İQNA", "Erəm News"-a istinadən xəbər verir ki, İtaliyanın Prato şəhəri ətrafında mərakeşli immiqrant qadın bir kişi tərəfindən irqçi hücuma məruz qalıb.

Lanazion qəzeti xəbər verir ki, bu hadisə iyulun 15-də olub. Hamilə mərakeşli qadın 11 yaşlı uşağı ilə üzünə qara niqab taxaraq Calenzano stansiyasında qatara minib və Florensiyaya yola düşüb. Bu örtülü xanım qatara minən kimi Prato əyalətinin Faiano şəhərindən olan 35 yaşlı kişi hücumuna məruz qalıb. Ona tərəf gəlib qışqırmağa başlayıb: "Sən burada qala bilməzsən, başa düşürsən? Sənin kimi insanlar burada qalmamalıdır, başa düşürsən?".

Bu qəzetin yazdığına görə, kişi qadının üzündəki örtüyü çəkib və sonra onu itələyib və həmin stansiyada onu qatardan aşağı atıb. Azyaşlı oğlu da qorxub ağlayarkən, özünün və övladının təhlükəsizliyindən qorxan bu qadın şoka düşərək cəld oradan uzaqlaşıb.

4072944

captcha