IQNA

Əlcəzairdə 700 illik tarixi Quran sərgilənib

17:39 - October 18, 2022
Xəbər sayı: 3493102
Əlcəzairin cənub-qərbində yerləşən “Temantit” şəhərində Quranın bir nüsxəsi nümayiş etdirilib və onun yazılma tarixi hicri 8-ci əsrə təsadüf edir.

"İQNA", "Əl-Bilad"-a istinadən xəbər verir ki, Osmanlı Müshəfinin məşhur variantından yazılmış Qurani-Kərimin bir nüsxəsi Əlcəzairin cənub-qərbindəki “Ədrar” əyalətində yerləşən Temantit şəhərində nümayiş etdirilib.

Temantit şəhərində yerləşən “Bəkriyyə” guşəsi (mərkəz) ilə maraqlananların gözü qarşısında olan bu variant hicri 727-ci ildə yazılmışdır. Deyilənə görə, bu variantın dəqiq yazılma tarixi sözügedən ilin Məhərrəm ayının 27-sidir.

Bu Quran Əndəlüs İmamı, İbn Xəlifə kimi tanınan Əhməd ibn Əli ibn Əhməd tərəfindən yazılmışdır. Bu müqəddəs Müshəf hicri 9-cu əsrin ortalarında Ömər ibn Məhəmməd ibn Ömər tərəfindən bu əraziyə köçürülmüşdür. İndiyə kimi onun vəsiyyətinə görə nəslinin əlində olub və qorunur.

4092616

captcha