IQNA

Yarışların kənarında Malayziyanın Quran və təhsil nailiyyətləri nümayiş etdirilib

18:32 - October 26, 2022
Xəbər sayı: 3493149
Malayziyada keçirilən Beynəlxalq Quran Müsabiqəsi çərçivəsində İslam və Quran müəssisələri öz nailiyyətlərini iştirakçılara və tamaşaçılara təqdim ediblər.

"İQNA"-nın Kuala-Lumpura ezam olunmuş müxbirinin verdiyi məlumata görə, 62-ci Malayziya Beynəlxalq Quran Yarışmasının kənarında Malayziyanın İslam qurumlarının, o cümlədən Cakim, xeyriyyə təşkilatları və bu ölkənin Quran nəşri mərkəzlərinin son nailiyyətləri nümayiş etdirilib.

Bu sərgi Kuala Lumpur Beynəlxalq Konqres Mərkəzinin düz girişində və iştirakçılar və media mənsublarının istirahət üçün çıxdıqları yerin qarşısında yerləşirdi.

Sərgi olunan əsərlər arasında dini kitablar, dini fətvalar, Malayziya alimlərinin tərcümeyi-halı və malay dilində maarifləndirici dini kitablar yer alıb. Həmçinin, bu ölkənin xeyriyyəçilik fəaliyyəti və zəkat qurumlarının tətbiqi ilə yanaşı, bu sərgidə Qurani-Kərimin ingilis, malay və bir sıra digər dillərə tərcüməsinin nüsxələri nümayiş etdirilib.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) da bu tədbiri işıqlandırmaq üçün burada iştirak edib. "İQNA" xəbər agentliyinin broşuralarını paylayaraq, Malayziyadakı dini və Qurani qurumlar üçün İran İslam Cümhuriyyətinin bəzi Quran fəaliyyətlərini tanıtdırıb və izah verib.

4094268

captcha