IQNA

Qəzzada Quran hafizləri təltif olunub

21:29 - January 18, 2023
Xəbər sayı: 3493578
Fələstinin Vəqf və Dini İşlər Nazirliyi 2022-ci ildə Qurani-Kərimə xidmət göstərən görkəmli hafizləri möhtəşəm mərasimlə təltif edib.

"İQNA", "Maa"-ya istinadən xəbər verir ki, Qəzzanın Vəqf və Dini İşlər Nazirliyi yanvarın 17-də 2022-ci ildə Qurani-Kərimə xidmət göstərən təşəbbüskarları və Qurani-Kərim müəssisələrinin görkəmli hafizlərini mükafatlandırıb.

Bu möhtəşəm mərasim Qəzza şəhərinin sahilində yerləşən Əl-Şalihat zalında keçirilib.

Hökumət işlərinə nəzarət üzrə müavin Məhəmməd Əl-Fərra çıxışı zamanı Qurani-Kərimi əzbərləmək və ona diqqət yetirməyin islami və milli kimliyi gücləndirəcəyinə diqqət çəkib və vurğulayıb: "Bu kontekstdə hökumət Qurani-Kərimlə bağlı proqramlara böyük əhəmiyyət verir və son bir ildə bu proqramların qarşısında duran maneələrin aradan qaldırılması üçün xeyli səy göstərib".

O, daha sonra bu böyük nailiyyətə və belə bir xüsusi mərasimin keçirilməsinə görə Vəqflər Nazirliyinə və əməkdaşlıq edən Qurani-Kərim qurumlarına minnətdarlığını bildirib.

4115487

captcha