IQNA

Həcc mövsümündə ilk dəfə olaraq 20 fərqli sərginin keçirilməsi

7:38 - June 16, 2023
Xəbər sayı: 3494334
İki Müqəddəs Hərəmin rəhbərliyi Beytullahil-Hərəm zəvvarlarının mədəni və tarixi təcrübəsini artırmaq və zənginləşdirmək məqsədi ilə Həcc tarixində ilk dəfə olaraq 20 fərqli sərginin təşkil edildiyini açıqlayıb.

"İQNA", "Səbəq"-ə istinadən xəbər verir ki, iki Müqəddəs Hərəmin Ümumi rəhbərliyi elan edib: Beytullahil-Həram zəvvarlarının bilik və mədəni-tarixi təcrübələrini təkmilləşdirmək məqsədi ilə bu il Həcc mövsümündə ilk dəfə olaraq 20 müxtəlif sərgi keçiriləcək.

Bu sərgilərə Məscidül-həramda daimi sərgilər, Məkkə, Mədinə və Ciddə şəhərlərində virtual və səyyar sərgilər daxildir.

Zəvvarlar bu sərgiləri ziyarət edərkən Məscidül-Həram və Məscidün-Nəbinin (s) tarixi və bu iki müqəddəs məkanın müxtəlif inkişaf mərhələləri ilə tanış olurlar.

Bu sərgilərdən ən mühümləri Məscidün-Nəbinin (s) memarlıq sərgisi, Məscidül-Həramın inkişaf tarixinin sərgisi və Məscidül-Həramın əlyazmalarının sərgisidir.

Bu sərgilərlə yanaşı, zəvvarların bilik və məlumatlılığını artırmaq məqsədilə tarixi və mədəni yerlərə səfərlər də təşkil edilir.

4148056

captcha