IQNA

İngiltərəde Quranın nadir əlyazmaları və təfsirləri nümayiş olunuub

11:20 - June 28, 2023
Xəbər sayı: 3494389
LONDON (İQNA) - Londonda hər il keçirilən Nadir Kitablar Sərgisində Çin naxışlı Qurani-Kərimin nadir nüsxəsi və Şərif Rəzinin “Təlxisul-Bəyan fi mucazatil-Quran” təfsirinin bir nüsxəsi də nümayiş olunub.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, bu il Londonda keçirilən nadir kitabların illik sərgisində bir sıra nadir və qiymətli Quran nüsxələri və Qurani-Kərimin təfsirləri, eləcə də İslam sivilizasiyası irsindən olan digər ərəb kitablarının nüsxələri də təqdim olunub.

Təqdim olunan nüsxə və kitabların dəyəri milyonlarla dollar olan bu sərgidə nadir kitablar və əlyazmalar sahəsində 100-dən artıq ekspert eksponent iştirak edərək öz kolleksiyalarını nümayiş etdirib. Bu mühüm hadisə və onun yüksək dövriyyəsi əlyazmalara və nadir kitablara investisiyanın çiçəklənməsindən xəbər verir.

Sözügedən sərgidə bir sıra İslam və Quran əsərləri də nümayiş olunur. Bu sərgidə iştirak edən mühüm kolleksiyaçılardan biri olan Şapironun kataloqunda təqdim olunan ən görkəmli əsərlər arasında “Təlxisul-Bəyan fi mucazatil-Quran” və ya “Mucazatur-Rəzi” kitabı da var. Şiənin Qurani-Kərimin ən qədim təfsirlərindən biri olan bu kitabın təqdim olunan variantı hicri 400-cü ilə aiddir.

Bu sərgidə həmçinin 19 cüzdən ibarət, Çin motivləri ilə bəzədilmiş və hicri 953-cü ilə aid olan Quran əlyazması da var.

Bu nüsxə Yunanıstanda Şəmsəddin ibn Musa Əs-Sini tərəfindən köçürülmüşdür. və əlyazma taciri İnlibers Qolhofer bunu Çində müsəlmanların mövcudluğunun sübutu kimi təsvir edir. Bunun tarixi İslamın ilk əsrlərinə gedib çıxır.

4150727

captcha