IQNA

İsveçin İstanbuldakı konsulluğu qarşısında Quran yandırılmasına qarşı kütləvi aksiya keçirilib

13:22 - July 31, 2023
Xəbər sayı: 3494539
ANKARA (IQNA) - Minlərlə insan İsveçin İstanbuldakı Konsulluğu qarşısında böyük aksiya təşkil edərək, İsveçdə Qurani-Kərimin təkrar təhqir olunmasını pisləyib.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, bazar günü axşam saatlarında İsveçin İstanbuldakı Konsulluğu qarşısında Quran yandırılmasına etiraz olaraq böyük toplantı keçirilib.

Minlərlə insan Amerika və İsrail əleyhinə şüarlar səsləndirərək, Allahın müqəddəs kitabını təhqir edərək, onu törədənlərin cəzalandırılmasını və bu hadisənin təkrarlanmasının qarşısının alınmasını tələb ediblər.

Sionist rejimin dəstəklədiyi ekstremist ünsürlərin son bir neçə həftədə İsveç və Danimarkada İraq və Misir səfirlikləri qarşısında Quranları yandırması müsəlman dünyasının qəzəbinə səbəb olub.

Ötən il İsveç polisi danimarkalı isveçli siyasətçi və hüquqşünas, 2017-ci ildə qurulan və bir neçə dəfə Quranı yandırmağa cəhd edən ifrat sağçı Danimarka partiyasının (Stram Kurs) lideri Paludana da Türkiyə səfirliyi önündə Qurani-Kərimin bir nüsxəsini yandırmağa icazə vermişdi.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslam müqəddəslərinə qarşı təhqirlərin təkrarlanmasının qarşısının alınması üçün bazar ertəsi günü toplantısının keçirilməsi planlaşdırılır.

4159280

captcha