IQNA

Quran əlyazmaları Kasablanka sərgisində böyük diqqət çəkib

18:50 - December 24, 2023
Xəbər sayı: 3495169
İQNA – Kasablankada keçirilən “Cusur” (Körpülər) İslam mədəniyyəti sərgisində nümayiş olunan əlyazma Quran nüsxəsi və əlyazmalar yüksək qiymətləndirilib.

"İQNA", "Əl-Yəvm"-ə istinadən xəbər verir ki, sözügedən sərgi Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyi tərəfindən Mərakeş Vəqflər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Kasablankada təşkil olunub.

Sərgidə Qurani-Kərimin əlyazma nüsxələri, İslam elmlərindən nüsxələr və müsəlman alimlərinin əsərləri təqdim olunub.

Bu əsərlər Məkkə kitabxanaları, Kral Fəhd Quran Çap Dərnəyinin kitabxanası və Kral Əbdüləziz Vəqfi Kitabxanalar Dərnəyindən seçilərək “Cusur” sərgisində nümayiş etdirilib.

4189443

captcha