IQNA

İslam bankçılıq sistemi Uqandada başladı

4:57 - March 30, 2024
Xəbər sayı: 3495704
İQNA – Uqandada “Salaam Bank”ın fəaliyyətə başlaması ilə islami bankçılıq sisteminin rəsmi şəkildə istifadəyə verildiyi açıqlandı.

TRT News-un verdiyi məlumata görə, Uqanda Prezidenti Yoweri Musəvini bankın açılışındakı çıxışında müsəlmanların atılan addımla Uqanda iqtisadiyyatına daha çox töhfə verəcəklərini bildirib.

İslam bankçılığı rəsmi olaraq Uqandada Cibutidə yerləşən "Salaam Bank"ın fəaliyyətə başlaması ilə başladı.

Beləliklə, ölkədəki müsəlmanların bir çox sahədə bank sistemindən faydalanması, xüsusilə də bankdan faizsiz kredit ala bilməsi hədəflənir.

Uqandada fəaliyyət göstərən Finance Trust 2022-ci ilin may ayında ilk dəfə olaraq “halal bank hesabı” xidmətini istifadəyə verib.

captcha