IQNA

Mərakeşdə Quran əlyazmalarından ibarət Ramazan sərgisinin yaradılması

5:38 - March 31, 2024
Xəbər sayı: 3495713
İQNA - Ramazan ayı münasibəti ilə Mərakeşin Asəfi şəhərinin incəsənət və mədəniyyət mərkəzində “Ərəb xəttatlığı və Quran” adlı ilk sərgi keçirilib və 500 ildən çox yaşı olan Quran nüsxələri ictimaiyyətə təqdim olunub.

"İQNA", "arrabita.ma" saytına istinadən xəbər verir ki, bu sərgi Mərakeş Əlyazmaları, Sikkələr və Poçt Markaları Klubu və Asəfi şəhərinin Regional Mədəniyyət İdarəsi ilə əməkdaşlıq və “Əlyazmalardan Qurani-Kərim” şüarı ilə keçirilib".

Bu sərgidə Quranın beş əsrdən artıq tarixə malik nüsxələri nümayiş etdirilir və mərakeşlilərin müshəf yazmaqda, ilahi kitabın ehtiramla qorunmasında əsaslı və köklü ənənələri vurğulanır.

Yuxarıda adı çəkilən sərgidə Qurandan ilhamlanaraq memarlıq, bəzək, incəsənət və əlyazmalar sahəsində heyrətamiz əsərlərin yaradılmasında Mərakeş vətəndaşlarının rolu və iştirakı ictimaiyyətə nümayiş etdirilib ki, bu da vəhy kəlməsini qorumaq üçün ideal vasitə kimi ərəb xəttatlığı ilə Quran arasındakı əlaqənin dərəcəsini göstərir.

Həmçinin bu sərgi çərçivəsində Mərakeş Müshəf Komitəsinin rəhbəri Şeyx Səyyidi Əbdul-Hadi Hamitonun iştirakı ilə "Asəfi əhlinin Qurana marağı" adlı elmi konfrans keçirilib. Bu ölkənin Muhəmmədiyyə Uləma Dərnəyinin Akademiya Şurasının üzvü və Məhəmmədi Müshəf Komitəsinin üzvü Səyyidi Əbdülsalam Kadi oldu.

4207563

captcha