IQNA

Bəhreyn polisi qadınların aksiyasına hücum etdi

12:07 - July 26, 2017
Xəbər sayı: 3481907
Bəhreyn polisi paytaxt Manamanın mərkəzi küçələrindən birində etiraz aksiyası keçirən məhbus ailələrinə hücum edib.

Bəhreyn polisi qadınların aksiyasına hücum etdi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Bəhreyn polisi paytaxt Manamanın mərkəzi küçələrindən birində etiraz aksiyası keçirən məhbus ailələrinə hücum edib.

Aksiyaya müdaxilə edən polis 8 qadını saxlayaraq naməlum istiqamətə aparıb. Hadisə zamanı 12 qadının da yaralandığı bildirilir. Bəhreyn İnsan Haqları Mərkəzi polisin bu addımını vəhşilik olaraq xarakterizə edib.

captcha