IQNA

Myanmar müsəlmanları faciə ilə üz-üzə - FOTO

0:00 - September 18, 2017
Xəbər sayı: 3482174
Hazırda qaçqın düşərgələrində olan Myanmar müsəlmanlarının vəziyyəti çox acınacaqlıdır. Hətta mümkündür çox yaxın zamanda ruhingiyalı qaçqınlar arasında böyük faciə baş versin.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Banqladeşə ezam etdiyi xüsusi müxbirin verdiyi xəbərə görə, hazırda qaçqın düşərgələrində olan Myanmar müsəlmanlarının vəziyyəti çox acınacaqlıdır. Hətta mümkündür çox yaxın zamanda ruhingiyalı qaçqınlar arasında böyük faciə baş versin.

Ölkələrindən qaçqın düşmüş müsəlmanların kimliyini təsdiq etmək üçün sənədləri, yaşamaq üçün yerləri, içmək üçün suları yoxdur, tibbi və sanitariya cəhətdən çox çətin bir vəziyyətdə yaşayırlar.

Böhran zamanında məsələlərin həllini ödəsinə götürmüş beynəlxalq təşkilatlar isə bu imtahandan üzü ağ çıxa bilməyib. Onlar bu qaçqınlara çox az miqdarda maddi yardımlar edə biliblər.

Qaçqınların vəziyyəti hər gün daha da pisləşir. Ölkələrində onlara edilən zülmlər azmış kimi, qaçqın düşərgələrində də hər an böyük bir faciə ilə üz-üzədirlər. Onların yaşadıları qeyri-standart alaçıqların özü də böhranın bir hissəsi və qaçqınların həyatı üçün təhlükədir.

İndiyədək İslami ölkələr arasında qaçqınların halı ilə yaxından maraqlanan təkcə İran İslam respublikası olub və digər ölkələr və beynəlxalq təşkilatlar təkcə bəyaniyyələr verməklə kifayətləniblər.

http://www.iqna.ir/fa/news/3642712








Teqlər: iqna ، myanmar ، ruhingiya
captcha