İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Banqladeş rəsmiləri elan ediblər ki, dövlət keçid məntəqələri və sərhədlərdə kontrolu və nizam-intizamı gücləndirmək məqsədilə ruhingiyalı müsəlmanların hərəkətlərini məhdudlaşdıracaq yeni qanunlar tətbiq edəcək.
Banqladeş dövləti həmçinin ruhingiyalı qaçqınların arasında keçici xəstəliklərin qarşısını almaq üçün uşaqlara peyvənd iynəsi vurulacağını və bu yöndə bir sıra işlərin başladıldığını xəbər verib.
Beynəlxalq insan haqları təşkilatlarının yaydığı son hesabatda deyilir ki, cari ilin Avqust ayının 25-də Myanmar silahlı qüvvələri və radikal buddistlər tərəfindən ruhingiyalı müsəlmanlara qarşı soyqırım və qətliam başladılıb və bunun nəticəsində 410 min nəfər Banqladeşə qaçaraq müvəqqəti qaçqın düşərgələrində məskunlaşıblar.
http://www.iqna.ir/fa/news/3643213