İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniya xalqı Fələstin, Qüds və Əqsa məscidini himayə və dəstək məqsədi ilə aksiyalar keçiriblər.
Cari həftənin Cümə günü, 12 Yanvar 2018-ci il, Cümə namazından sonra İordaniyanın paytaxtı Oman şəhərinin “əl-Hüseyni məscidi” qarşısından “ən-Nəxl” meydanına qədər yürüş edərək Qüdsə və Əqsa məscidinə dəstək aksiyası keçirən iordaniylılar Ərəb ölkələrindən tələb etdilər ki, Fələstin və Qüds məsələsində vahid mövqe tutsunlar.
“ƏQSA bizim əqidəmizdir” devizi ilə keçirilən bu yürüşdə İordaniyanın sivil vətəndaşları, parlament nümayəndələri, xalq qrumları, partiya və təşkilatlar iştirak ediblər.
Yürüşdə iştirak edənlər İordaniya və Fələstin bayraqlarını əllərində tutaraq Fələstin xalqını, Qüdsü və Əqsa məscidini dəstəkləyən şüarlar səsləndiriblər və işğalçı israil rejimini məhkum ediblər.