İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin hərbi hava qüvvələrinə məxsus bombardmançı qırıcı təyyarələr İraq respublikasının şimal sərhədlərinə hücum edib.
Türkiyə qırıcıları bu hücumda İraq şimal sərhədlərində yerləşən Kürdüstan əyalətini vurub və bu hava hücumu nəticəsində dörd nəfər mülkü və sivil vətəndaş öldürülüb.
Hava hücumları bu gün səhər, 22 Mart 2018-ci il, İraqın kürdlər yaşayan İrbil əyalətin kəndləri üzərində həyata keçirilib. Hücum zamanı Kürdlərin işçi partiyasının qərargahları hədəfə alınaraq məhv edilib.
Qeyd edək ki, həftənin birinci günü, Türkiyə prezidenti Rəcəb Təyyib Ədroğan elan etmişdi ki, əgər Bağdad İraqın şimalında yaşayan silahlı kürdləri tərkisilah etməzsə, Türkiyə özü bu regiona hücum edəcəkdir.
Ərdoğanın bu çıxışı İraq Xalq Könüllüləri tərəfindən sərt qarşılandı və dövlətdən tələb etdilər ki, Ərdoğanın təhdidlərinin cavabını verərək yerində oturtsun.