İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Mart ayının sonlarından Fələstinin Qəzza bölgəsində başlayan "qayıdış yürüşləri"ndə İsrailin hava hücumları nəticəsində şəhid olanların sayı ən azı 132 nəfər oldu.
Fələstin təhsil nazirliyinin bu gün, həftənin bazar günü, 24 İyun 2018-ci il, verdiyi xəbərə görə, cari həftənin Cümə günü işğalçı sionistlərin əleyhinə keçirilən "qayıdış yürüşü"ndə 29 yaşlı fələstinli cavan ağır yaralanaraq xəstəxanaya götürülmüş və xəstəxanada şəhadətə yetmişdir.
Bu fələstinli cavanın şəhid olması ilə "qayıdış yürüşləri"ndə şəhid olan fələstinlilərin sayı 132 nəfərə çatdı.
Bundan əlavə yüzlərlə fələstinli vətəndaş həmin yürüşlərdə yaralanıb və hazırda xəstəxanalardadırlar.
Yürüş edənlər qaçqın fələstinlilərin öz doğma yurd-yuvalarına dönmələrini və Qəzzanın mühasirəsinə son qoyulmasını tələb edirlər.