İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-ətəbətul-hüseyniyyə” informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın silahlı qüvvələrinin əsgərləri və “İraq xalq könüllüləri” Kərbəlada İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) müqəddəs hərəmlərini ziyarət ediblər.
Dünən, həftənin ikinci günü, 18 Sentyabr 2018-ci il, Kərbəla şəhidlərinin hərəmlərini ziyarət edən silahlı qoşunların əsgələri, “İraq xalq könüllüləri” və İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən “Əliəkbər (ə) batalyonu”nun şəxsi heyəti əzadarlıq ediblər.
Qeyd edək ki, İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən “Əliəkbər (ə) batalyonu” İraqın xalq könüllüləri (əl-həşd əş-şəəbi) batalyonlarından biridir.