IQNA

Ömər öldürülən gün günahlar bağışlanan gün deyil

16:11 - November 17, 2018
Xəbər sayı: 3484186
Şiə alimləri belə bir bayramın olmasını inkar edirlər və bu saxta bayramın keçirilməsini müsəlmanların vəhdət və birliyini pozmağa hesablanmış əməl sayırlar.

Ömər öldürülən gün günahlar bağışlanan gün deyilİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrinin bəzi şəhərlərində çox sayda avam və cahil bir dəstə mübarək Rəbiul-Əvvəl ayının 9-cu gününü "Zəhra (s) bayramı" ("eyduz-Zəhra", "ikinci Ğədir" və ta "fərhətuz-Zəhra) adlandırır və həmin gün insanlardan təklif götürüldüyünü (rüfiəl-qələm) və hər cür günah edəcə biləcəklərini düşünürlər.

Rəbiul-Əvvəl ayının 9-da keçirilən "ömər öldürdü" adlanan bu bayram cahiliyyət əməlidir və heç bir dini əsası yoxdur.

Şiə alimləri belə bir bayramın olmasını inkar edirlər və bu saxta bayramın keçirilməsini müsəlmanların vəhdət və birliyini pozmağa hesablanmış əməl sayırlar.

Bu cahilliyi həyata keçirən avamlar öz batil əməllərini belə izah edirlər ki, Peyğəmbərdən (s) sonra İmam Əlinin (ə) haqqını qəsb edərək xilafətə sahib çıxmış Ömər ibn Xəttab guya həmin gün (9 Rəbiul-Əvvəl) İranlı nökəri Firuz Əbulölö tərəfindən bıçaqlanaraq öldürülüb. Halbuki tarixi qaynaqlara əsasən həmin gün Ömər ibn Xəttab deyil, İmam Hüseynin (ə) qatillərindən biri olan Ömər ibn Səd (məl`un) öldürülüb. Şiə tarixçisi Şeyx Müfid (r.ə) isə Ömər ibn Xəttabın Zil-Həccə ayında öldürüldüyünü yazır.

Əslində isə bu bayram qədim İranda olan "müğkoşi" (şaha xəyanət edən bir dəstə) adətinin üzərində qurulub, 7-ci hicri-qəməri əsrində "ömər öldürüldü"yə dəyişilib və Səfəvilər dövründə geniş yayılmağa başlayıb.

Bu bayramı keçirənlər öz əməlləri üçün zəif bir rəvayət də düzəldiblər ki, bu rəvayətə əsasən Ömərin öldürüldüyü gün yerlərdə və göylərdə mələklər işlərini tətil edib və bayram keçirirlər. Buna görə də kiməsə günah da yazılmır (rüfiəl-qələm).

Şiələrin müasir təqlid mərcələri və alimləri bu məsələni etibarsız hedab edir və belə bir bayramın ki, günahı halal edir, özünün günah olmasını deyirlər.

Nəcəf alimlərindən olan Məhəmməd Hüseyn Kaşiful-Ğita hicrinin 11-ci əsrində İmam Əlinin (ə) hərəmində çıxış edərək bu bayramı keçirməyi qadağan etdi.

Həmçinin müasir alimlərdən Ayətullah Xamenei, Ayətullah Məkarim Şirazi, mərhum Ayətullah Mirza Cavad Təbrizi və Ayətullah Safi Gülpayqani bu bayramın keçirilməsini düzgün hesab etmir, Rəbiul-Əvvəl ayının doqquzunu adi günlərindən bir hesab edir və bildirirlər ki, heç bir mötəbər kitabda və hədisdə bu barədə məlumat yoxdur. Bunadan əlavə bu bayram Allah kitabına və Peyğəmbərin (s) sünnətinə ziddir. Heç bir zaman haram və günah iş caiz deyildir. Həmçinin Əhli-Beytin (ə) adına günah məclisi təşkil etmək haramdır.

Ayətullah Məkarim Şirazi bu barədə vurğulayıb: Əhli-Beytin (ə) düşmənləri ilə düşmənlik və dostları ilə dostluq bizim məzhəbimizin sütunu və rüknüdür. Amma bunun (təvəlla və təbərra) öz səhih və doğru yolları vardır. Bu məsələdə müsəlmanların vəhdət sırasını pozacaq işlər görmək olmaz.      

http://iqna.ir/fa/news/3764607

 

captcha