İQNA - ABŞ Katolik Yepiskopları Konfransı nadir bir addım ataraq, ABŞ prezidentinin miqrantlara qarşı tətbiq etdiyi sərt siyasəti pisləyib və “mənalı miqrasiya islahatları”na dəstək verib.
İQNA - Fələstin İslam Müqavimət Hərəkatı (Həmas) işğalçılar tərəfindən İordan çayının qərb sahilində yerləşən “Haciə Həmidə” məscidinin təhqir edilməsinə reaksiyasında bu addımı işğal olunmuş Fələstin torpaqlarında yeni bir reallıq yaratmaq və onun tarixi izlərini, kimliyini dəyişdirmək üçün edilən ümidsiz cəhd kimi qiymətləndirib.
İQNA - Wall Street Journal qəzetinin məlumatına görə, Qəzza müharibəsi ABŞ silah şirkətləri üçün nəhəng bir anlaşmaya çevrilib və onlara misilsiz qazanc gətirib.
İQNA - “Mançester Siti”nin ispaniyalı baş məşqçisi Pep Qvardiola yenidən Fələstin xalqına açıq dəstəyini ifadə edib və Kataloniya ilə Fələstin milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün Qəzzada şəhid olan 400-dən çox idmançının xatirəsinə ithaf olunacağını bildirib.
İQNA - Berlin şəhərində bir qrup Fələstin tərəfdarı aktivist, Almaniya hökumətinin “İsrail”in Qəzzaya davam edən hücumlarına verdiyi dəstəyə etiraz olaraq, tarixi Brandenburq qapısına dırmaşaraq “Fələstinə azadlıq” və “Qəzzada soyqırım”ı pisləyən böyük bir parça plakat asıblar.
İQNA - ABŞ-da müsəlmanların mülki hüquqlarını müdafiə edən bir təşkilat, İrlandiyanın Qalvey məscidinə qarşı bir sui-qəsdin qarşısı alındıqdan sonra bu ölkənin müsəlmanları ilə həmrəylik ifadə edib.
“Ey iman gətirənlər! Əgər sizə bir fasiq xəbər gətirsə, diqqətlə araşdırın ki, bilmədən insanlara zərər verməyəsiniz və sonra etdiyiniz işlərə görə peşman olasınız” (Hücürat surəsi6-cı ayə).
İQNA - Səudiyyə Ərəbistanı Hava Yollarının Həcc 2025 sərgisindəki pavilyonunda sərinləşdirici texnologiyadan istifadə edilən xüsusi ehram geyimi təqdim edilib.
İQNA - İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani ilkin seçki nəticələri elan olunduqdan sonra müqəddəs Kazimeyn şəhərinə səfər edib və İmam İmam Kazim (ə) və İmam Hadinin (ə) mübarək hərəmini ziyarət edib.
İQNA - Fələstin Vəqflər və Dini İşlər Nazirliyi bəyanat yayaraq, Qərb Sahilinin şimalında yerləşən bir məscidin yandırılmasını kəskin şəkildə pisləyib və bu hadisəni iyrənc bir cinayət adlandırıb.
İQNA - 2025-ci il seçkiləri, İraqın regional və beynəlxalq çətinliklərlə üzləşdiyi bir şəraitdə keçirildi; lakin xalqın seçkilərdə iştirakı daxili siyasi sabitlik, milli qərarların həmrəyliyi və mərkəzi hökumətin regional və beynəlxalq münasibətlərdəki mövqeyinin güclənməsi üçün aydın bir mesaj oldu.
İQNA - Liviyanın Təhsil Nazirliyinin məktəb fəaliyyətləri idarəsinin nəzarəti altında keçirilən ümumölkə Quran əzbər müsabiqəsi dünən, noyabrın 20-də bu ölkənin Zliten şəhərində başlanıb.
İQNA - Bir qrup fransalı fəal “Ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə” şüarı ilə stadionlarda hicab taxmağın qadağan edilməsinə etiraz olaraq bir təşəbbüsə başlayıb. Onlar vurğulayıblar ki, bu qərar idman azadlığına mənfi təsir göstərir və müsəlman qadınların dini kimliyini hədəfə alır.
İQNA - Şeyx Əbdülfəttah Şəşai, xüşu dolu qiraəti və təcvid elminə yüksək bələdliyi sayəsində “qiraət sənətinin sütunu” kimi tanınan böyük misirli qarilərdəndir.