IQNA

Bəyənilmiş bəndələrim yer üzünün (hakimiyyətinin) varisləri olacaqlar

وَلَقَد كَتَبنا فِي الزَّبورِ مِن بَعدِ الذِّكرِ أَنَّ الأَرضَ يَرِثُها عِبادِيَ الصّالِحونَ
"Zikrdən (Tövrat) sonra Zəburda yazdıq: Bəyənilmiş bəndələrim yer üzünün (hakimiyyətinin) varisləri olacaqlar.
(Mübarək Ənbiya surəsi, ayə: 105)


Bəşəriyyət görürsə, təcavüzkarlar dünyanı qarət edir, insanların haqqına vəhşicəsinə təcavüz edirlər, belə fikirləşməsinlər ki, dünyanın taleyi elə belədir; Belə fikirləşməsinlər ki, başqa çarə yoxdur və gərək bu vəziyyətlə razılaşaq; Xeyr, bilin ki, bu vəziyyət müvəqqəti və keçicidir və bu dünyaya və bu aləmin təbiətinə aid olan şey budur ki, bu aləmdə ədalət hökuməti qurulacaq və O gələcəkdir.
Ayətullah Xamenei / 20.09.2005

Bu gün bəşərin zehni müqəddəs bir insanın, xilaskarın və müncinin gələcəyini anlamağa, dərk etməyə hazırdır və bəşəriyyət yəqin edə bilir ki, O gələcək və insanları zülm yükündən nicat verəcəkdir. Bu həmin şeydir ki, bütün peyğəmbərlər onun üçün çalışıblar. Bu həmin məsələdir ki, Quran və İslam peyğəmbəri onun barəsində insanlara xoş müjdə veriblər: و یضع عنهم اصرهم و الاغلال التی کانت علیهم – "onlara bağlanmış zülm zəncirlərini açacaq" – (Əraf sursəi, ayə:157).  
Ayətulla Üzma Xamenei / 23.11.2008

Dünya hegomonlarının, imperialistlərin, onların həmkarları və onların yollarını gedənlərin rəcəz oxumasına, siyasi, hərbi, iqtisadi və təhlükəsizlik yönündə ciddi cəhdlə çalışmalarına baxmayaraq, bu regionda və bütün İslam dünyasında paraq gələcək mütləq müsəlmanlara və İslama aid olacaqdır.
Ayətullah Üzma Xamenei / 17.08.2015