IQNA

Avstraliya müsəlmanlarını istehza edənlər həbs edildi

9:01 - September 06, 2017
Xəbər sayı: 3482100
Videoçarx hazırlayaraq Avstraliyanın Viktoriya əyalətinin Bendiqo şəhər müsəlmanlarını istehza edən ekstremist millətçilər dəstəsinin üzvləri əyalət məhkəməsində təqsirli bilinərək həbs edildilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müsəlmanlar üçün məscid tikintisinə etiraz olaraq gülməli videoçarx hazırlayaraq Avstraliyanın Viktoriya əyalətinin Bendiqo şəhər müsəlmanlarını istehza edən ekstremist və radikal millətçilər dəstəsinin üç üzvü əyalət məhkəməsində təqsirli bilinərək həbs edildilər.

Avstraliyanın Viktoriya əyalətinin Bendiqo şəhərinin ekstremist və radikal millətçilər dəstəsinin üç üzvü, Kristofer Şurtis, Nil Erikson və Blayer Kutrol müsəlmanları istehza etmək üçün 2015-ci ildə "gəlinciyin başını kəsən müsəlmanlar" videoçarxı hazırlayaraq "facebook" sosial şəbəkəsində paylaşmışdılar.

Bendiqo şəhərinin ekstremist və radikal millətçilər dəstəsinin üzvləri bu addımı müsəlmanların Bendiqo şəhərində məscid tikməsinə etiraz olaraq atmışdılar.

Avstraliyanın Viktoriya əyaləti məhkəməsi onları "irqlərə və dinlərə hörmət" qanununu gözrmədən gəldikləri üçün təqsirli bilərək, 2000 dollar nağd pul ödənişilə cəzalandırdı.

Viktoriya əyalət məhkəməsi bu işin söz azadlığı deyil, cəmiyyətin sülh və sabitliyini pozmaq kimi qiymətləndirib və bu videonun müsəlmanların hisslərini təhrik etdiyini və buna görə də cinayət tərkibli olduğunu vurğulayıb.

Məhkəminin hökmünə etiraz edən və qarşıdurma yaradan ekstremist və radikal millətçilər dəstəsinin üzvləri məhkəmə binasının önündən polisin müdaxiləsi ilə kənarlaşdırılıblar.

http://www.iqna.ir/fa/news/3638766


Teqlər: iqna ، avstraliya ، irqçi ، radikal ، ektremist
captcha