IQNA

Bosniyalı alimin irfani-təfsiri risaləsi nəşr edildi

23:55 - April 28, 2018
Xəbər sayı: 3483093
Hicri-Qəməri tarixi ilə 10-cu əsrin bosniyalı alimi Abdullah Əbdi Əfəndi Bosnəvinin irfani-təfsiri risaləsi "Risaləyi Məratibe Yəqin" kitabının tərkib hissəsi olaraq Tehranda çap və nəşr edildi.

Bosniyalı alimin irfani-təfsiri risaləsi nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hicri-Qəməri tarixi ilə 10-cu əsrin bosniyalı alimi Abdullah Əbdi Əfəndi Bosnəvinin irfani-təfsiri risaləsi "Risaləyi Məratibe Yəqin" kitabının (Yəqinin mərtəbələri risaləsi) tərkib hissəsi olaraq Tehranda çap və nəşr edildi.

Əliəkbər Ziyaziyini qələmə aldığı "Danə və dam" (dən və tələ), "Səfərnameye Məhəmməd Xancic Bosnəvi be Misr" və "Risaləyi Məratibe Yəqin" kitabları Tehranın "Beynəlxalq Əmin Nəşriyyatı" tərəfindən çap və nəşr edilərək kitab bazarına çıxarılıb.

"Danə və dam" kitabının mövzusu İsrailin regiondakı dini radikalizmi yaymasından və yəhudi ilahiyyatının boşluğunu doldurmaqda İslamdakı şiə kəlamının əqli təcrübəsindən və mötəzilə əqidəsindən faydalanmasıdır.

Bu kitabın ikinci hissəsində isə İngiltərənin dini təlimləri qərbləşdirməsindən və dinin rəhbərliyini qərbin maraqlarına uyğun yönəltməyindən söhbət açılıb.

Müəllif "Səfərnameye Məhəmməd Xancic Bosnəvi be Misr" kitabında Bosniya və Herzoqoviniya ilə Misrin İslam tarixindəki mədəni əlaqələrindən danışır.

انتشار رساله تفسیری عرفانی عالم بوسنیایی

"Risaləyi Məratibe Yəqin" kitabında "yəqin" sözü barədə lüğəvi, təfsiri, irfani və fəlsəfi baxımdan geniş danışdıqdan sonra, bu barədə şərqşünasların fikirlərini tənqid edir.

Bu kitabın bir fəsli Hicri-Qəməri tarixi ilə 10-cu əsrin bosniyalı alimi Abdullah Əbdi Əfəndi Bosnəvinin irfani-təfsiri risaləsi olan "sirrul-yəqin fi təfsiri qovlihi təala "əəbud rəbbəkə hətta yətiyəkəl-yəqin" kitabını şərh edib.      

http://iqna.ir/fa/news/3709659

انتشار رساله تفسیری عرفانی عالم بوسنیایی

 

captcha