İraqın Nəcəf şəhərində olan İmam Əlinin (ə) mübarək ziyarətgahı qapılarını zəvvarlara açıb.
Bu barədə ziyarətgahın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün – Məbəs bayramı münasibətilə Nəcəfdə təhlükəsizlik, həmçinin gigiyena qaydalarına əməl olunmaqla ziyarətgah qapılarını zəvvarların üzünə açıb, hətta İmam Əlinin (ə) mübarək məzarı və zirehinə də yaxınlaşmalarına icazə verilib. /imamali.net