IQNA

Məhərrəm ayının ilk ongünlüyündə Kərbəlada 1500 alay xüsusi mərasimlərdə iştirak edəcək

20:18 - August 12, 2021
Xəbər sayı: 3490501
Riyad Nima Al-Salman “İmamhussain” kanalına açıqlamasında bunları deyib: “Şöbəmiz sağlamlıq, təhlükəsizlik və xidmət sahələri də daxil olmaqla Hüseyni (ə) alaylara ünvanlanmış tövsiyələr vermişdir”.

İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahları ilə əlaqəli İraq və İslam dünyasındakı Hüseyni (ə) ayinləri, alayları və heyətləri, Kərbəlada məhərrəm ayının ilk ongünlüyünün yas mərasimində iştirak etmək üçün 1500 Hüseyni (ə) alay və xidmətinə qatılmaq barədə razılıql verildiyini elan ediblər.

Deyerler.org xəbər verir ki, şöbənin müdiri Riyad Nima Al-Salman “İmamhussain” kanalına açıqlamasında bunları deyib: “Şöbəmiz sağlamlıq, təhlükəsizlik və xidmət sahələri də daxil olmaqla Hüseyni (ə) alaylara ünvanlanmış tövsiyələr vermişdir”.

O, koronavirusa görə, bu il Kərbəlada xüsusi bir vəziyyətin hökm sürdüyünə diqqət çəkərək, belə davam edib: “1500 əza alayı şöbəmizdə qeydə alınıb və inzibati qaydalara görə, iki müqəddəs ziyarətgahdakı mərasimlərə qatılacaqlar.

1500 əza alayından 450-dən çoxu yas proqramlarını səhər 08:00-dən məğrib azanına qədər keçirən yas nümayəndələridir.

Bu yürüşlərin fəaliyyəti, ali dini qurumun vurğuladığı Səhiyyə Nazirliyinin tövsiyələrinə əsaslanacaq”. / Deyerler.org

captcha