IQNA

5 milyonluq AŞURA mərasimini 400 media fəalı işıqlandırıb

18:01 - August 21, 2021
Xəbər sayı: 3490566
Beynül-Hərəmeyində 5 milyondan çox zəvvarın iştirakı ilə keçirilən Aşura mərasimini dünyanın 400 aktiv mediası informasiya portalları, televiziya və sosial şəbəkələr üzərindən işıqlandırıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ildə (19 Avqust 2021) İraqın Kərbəla şəhərində Beynül-Hərəmeyində keçirilən Aşura mərasimini dünyanın 400 aktiv mediası informasiya portalları, televiziya və sosial şəbəkələr üzərindən işıqlandırıb.

Həzrət İmam Hüseyn (ə) hərəminin media bölməsinin rəhbəri Əqil əş-Şərifinin verdiyi məlumata əsasən, bu il Kərbəla şəhərində keçirilən Aşura mərasimini qəzetçilər, jurnalistlər, fotoqraflar, televiziya reportiyorları və sair media fəalları geniş işıqlandırıblar.   

Kərbəlan şəhərinin rəsmi məsulları, Həzrət İmam Hüseyn (ə) hərəminin xadimləri və həmçinin mərasimin təhlükəsizliyini qoruyan Həşduş-Şəbi komandanlığı mətbuata açıqlama verərək bildiriblər ki, 5 milyondan çox zəvvarın iştirak etdiyi Aşura mərasimi müvəffəqiyyətlə keçirilib, sanitariya qaydlarına riayət edilib, təhlükəsizlik pozulmayıb və Aşuranın xüsusi "Tüvəyric Hərvələ" (qaçaraq əzadarlıq) mərasimi problemsiz keçirilib. / iqna

captcha