IQNA

"Həşdul-Ətəbat" ƏRBƏİN mərasiminin təhlükəsizliyini təmin etməyə hazırdır

10:21 - August 31, 2021
Xəbər sayı: 3490626
"Həşdul-Ətəbat"ın (Müqəddəs Məkanları Qoruyan Xalq Könüllülər Dəstəsi) komandirləri cari ilin ƏRBƏİN ziyarəti yürüşü ilə bağlı keçirdikləri iclasda bu mərasimin təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Həşdul-Ətəbat"ın (Müqəddəs Məkanları Qoruyan Xalq Könüllülər Dəstəsi) komandirləri cari ilin ƏRBƏİN ziyarəti yürüşü ilə bağlı keçirdikləri iclasda bu mərasimin təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Məhərrəm ayının ilk on günlüyündə və Aşura mərasimlərində ziyarətçilərin təhlükəsizliyini uğurla təmin edənn "Həşdul-Ətəbat" komandirləri qarşıdan gələn milyonluq ƏRBƏİN yürüşlərinin də təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, "Müqəddəs Məkanları Qoruyan Xalq Könüllülər Dəstəsi" dörd hərbi bölükdən ibarətdir: "əl-Abbas (ə)", "əl-İmam Əli (ə)", "Əliyyul-Əkbər (ə)" və "Ənsarul-Mərcəiyyət".  

Avqust ayının 29-da  keçirilən bu qapalı iclasda "Həşdul-Ətəbat"ın dörd döyüş bölməsinin komandirləri iştirak ediblər.  

"Həşdul-Ətəbat" hər il Məhərrəm ayının və Ərbəin əzadarlığı mərasimlərinin təhlükəsizliyini təmin edilməsi üçün çalışırlar.

Kərbəla şəhərinin girişləri, Həzrət Seyyiduş-Şühəda (ə) və Həzrət Abbas (ə) hərəminin səmasının və ƏRBƏİN zəvvarlarının təhlükəsizliyi "Həşdul-Ətəbat" qüvvələrinin iştirakı ilə həyata keçirilir. / iqna

captcha